The Wall Street Journal yazır ki, Baltikyanı ölkələr Rusiya və NATO-nun maraqlarının toqquşduğu yeni “qaynar nöqtəyə” çevrilib.
Nəşr Ukraynada münaqişə başlayandan sonra Baltik dənizində Rusiya gəmilərinin guya NATO gəmilərinə xəbərdarlıq atəşi açdığını bildirən Qərb rəsmilərinə istinad edir.
Bundan əlavə, nəşr qeyd edir ki, rus qırıcıları “təhlükəli manevrlər” həyata keçirib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Qərb Rusiya ilə mübarizəni davam etdirməyi və Baltikyanı ölkələr və Almaniyanı cəlb etməyi gözləyir.
DOĞRU.AZ