Rusiyada avtomobilin ilk yardım dəstinin qiyməti 2023-cü ilin avqust ayı ilə müqayisədə 28% artıb.
Bu barədə RBC OFD Platformunun araşdırmasına istinadən yazır.
Qeyd olunur ki, ilk yardım dəstinin qiyməti oflayn rejimdə alındıqda hazırda təxminən 572 rubl təşkil edir. İlk yardım dəstini onlayn satın alarkən, bir şəxs 452 rubl ödəyəcək – keçən ilin avqust ayı ilə müqayisədə 18% çoxdur.
Rusiyada sentyabrın 1-dən etibarən Səhiyyə Nazirliyindən avtomobil sürücüləri üçün ilk yardım dəstinin tərkibi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.
Daha əvvəl Avto.ru-nun eksperti Valeri Arutin RT ilə söhbətində bildirib ki, Səhiyyə Nazirliyinin 2024-cü il sentyabrın 1-dən qüvvəyə minən dəyişiklikləri ilə əlaqədar sürücülərin yeni ilk yardım dəsti almasına ehtiyac qalmayıb.
Mənbə RİA Novosti