image-n1karobka_ads
image-123
image-17616380874476815928_1200x630backend

Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.

DOĞRU.AZ

image-1761638087763463144_1200x630 image-17616380876106140624_1200x630 image-1761638087613772889_1200x630 image-1761638087248674361_1200x630 image-17616380874024339812_1200x630 image-17616380873015851210_1200x630 image-17616380875827038731_1200x630 image-17616380874495942567_1200x630 image-1761638087301046851_1200x630 image-17616380875714517051_1200x630 image-1761638087592740677_1200x630 image-1761638087861648636_1200x630 image-17616380876503945692_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki