Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkyan ilə məhsuldar telefon danışığı apardığını açıqlayıb.
Doğru.az xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşım edərək söhbətin səmimi və konstruktiv keçdiyini bildirib. Şərif qeyd edib ki, telefon danışığında regiondakı vəziyyətin inkişafı müzakirə olunub.
Baş nazir paylaşımında vurğulayıb: “Dostlarımızın və tərəfdaşlarımızın dəstəyi ilə Pakistanın bölgədə davamlı sülh və uzunmüddətli sabitliyin təşviqi üçün yorulmadan çalışaraq dürüst və səmimi vasitəçi kimi xidmət etməyə sadiq qaldığını bir daha təkrarladım”.
Bundan əvvəl isə Pakistanın xarici işlər naziri İshaq Dar rusiyalı həmkarı Sergey Lavrov ilə Şərifin Moskvaya mümkün səfərinin tarixlərini müzakirə edib.
DOĞRU.AZ

























