image-n1karobka_ads
image-123
image-17192419495168720308_1200x630backend

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə start verilib.

AAYDA-dan Doğru.az-a bildirilib ki, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

DOĞRU.AZ

image-1719241949350253844_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki