image-2000x150px
image-123
image-ads_atlas
image-17182643853990816255_1200x630backend

Salyanda yolların yenidən qurulması işləri yekunlaşır – FOTO

image-728x90px

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələdə olmaqla davam etdirilir. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 kilometrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolların eni 8,5-9 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 1-1,5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Layihə üzrə, həmçinin suvarma və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.

Hazırda yol çiyinlərinin bərkidilməsi işləri icra olunur.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq, kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.

DOĞRU.AZ

image-17182643854594019536_1200x630 image-17182643852379757763_1200x630 image-17182643851814434841_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki