image-nerjbanner
image-ads_atlas
image-171630080484761691_1200x630backend

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb – FOTO

image-nerjbanner

Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb və ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.

O, şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitəni ünvanına çatdırandan sonra fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-1716300804883612626_1200x630 image-17163008041187858571_1200x630

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki