image-n1karobka_ads
image-123
image-1655980058_fotojet-2022-06-23t125850-967backend

Şəbnəm Tovuzlu bahalı yeni avtomobil aldı – VİDEO

Müğənni Şəbnəm Tovuzlu özünə yeni, lüks avtomobil alıb.  

Doğru.az  xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Şəbnəm bildirib ki, ağ rəngdə lüks nəqliyyat vasitəsini həyat yoldaşı Həci yox, özü alıb: “Mən bütün ayı və ili xalqımızın gözəl məclislərində çıxış etdim. Özüm qazanan qızam. Avtomobili də özüm almışam”.

Verilişin aparıcısı Zaur Kamal isə Ş.Tovuzlunun avtomobili 350 min manata aldığını vurğulayıb.  

Daha sonra studiyada quraşdırılmış monitorda müğənninin kanalın girişində park etdiyi avtomobilinin görüntüləri nümayiş olunub. Ağ rəngli “Range Rover” markalı maşının dövlət nömrə nişanı isə “77-CS-077”- dir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki