image-n1karobka_ads
image-123
Şəbnəm Tovuzlu həqiqəti görən izləyicisini kor adlandırdı – FOTObackend

Şəbnəm Tovuzlu həqiqəti görən izləyicisini kor adlandırdı – FOTO

image-ad_qayo_720x110px

Hər zaman müxtəlif səpkili mahnıları ilə gündəmdə qalmağı bacaran müğənni Şəbnəm Tovuzlu indi də izləyicisini təhqir etməklə gündəmdə qalmaq istəyir.Məncə bununla gündəmdə qalmaq yox, gündəmdən silinmək olar.

Doğru.az xəbər verir ki, belə ki, xanım müğənni “İnstagram” hesabında yer alan izləyiciləri tərəfindən tənqid atəşinə tuş gəlib. Səbəb kimi Şəbnəm Tovuzlu “İnstagram” hesabında daha çox öz şəkillərini paylaşmağa üstünlük verərək, vətənimizin azadlığı uğrunda şirin canlarından keçən igid oğlanlarımızın fotolarını arxa plana atması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Bu haqsızlığa göz yunmayan izləyicilərdən biri “İnstagram” hesabında yeni fotosunu paylaşan müğənniyə sərt reaksiyasını bildirib. İzləyici müğənninin fotosuna rəy yazaraq bildirib ki, “Səndən həmişə xoşum gəlirdi indi amma gözümdən düşdün. Elə ancaq öz şəklini paylaşırsan şəhid şəkli yoxdu səhifəndə. Rəqsanənin səhifəsinə bax özünü elə göstərsən səni tanıyarıq da”.

Xanım müğənni öz növbəsində izləyicisinin rəyinə tənqidi fikir bildirərək, qeyd edib ki, “Cəhənnəmə istə. Kor gözünlə yaxşı bax səhifəmə. Gör paylaşmışam ya yox”.
Görəsən Şəbnəm Tovuzlu bu cür tənqidi fikiri ilə özünü izləyicidən üstün tutmaq istəyib, yoxsa öz bağlı gözünü izləyiciyə açdırmaq istəyib?. Bu sualın cavabını xanım müğənni özü asanlıqla tapa bilər. Amma, unutmamaq lazımdır ki, müğənnini, müğənni edən onun izləyiciləridir. Müğənni təklikdə heç nədir.

Əziz xanım müğənni qeyd edək ki, istər siz olun istəsə də, bu xalqın hər bir nümayəndəsi olsun bu torpağın üstündə gəziriksə, bu torpaq uğrundan canların verən şəhidlərə borcluyuq.Üzdə vətənpərvərlik mahnıları ifa etməklə trendə düşsənizdə, xalqın ürəyində trendi qazanmaq üçün illər, zaman lazımdır. Amma, görünür bu cür hərərkətinizlə hələ siz ürəkləri fəth etməyi bacarmamısınız. Ürəkləri fəth etmək üçün klip çəkib, efirlərə çıxmaq lazım deyil. İzləyiciləri dəyərləndirməklə o, ali zirvəni fəth etmək olar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki