image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-08-09t102215-209backend

“Sevgilim deyə müraciət edirik bir-birimizə” – Nazpəridən gözlənilməz etiraf

image-728x90px

Xalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.

 ATV-də yayımlanan “Günün sədası” verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb.

Tanınmış müğənni bildirib ki, “Nə olar Allahım” mahnısının klipində çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:

“Onu deyə bilərəm ki, “Nə olar Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik. O, mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm. (yolda gülləri görüb gülümsəyir ) Mən gülləri çox sevirəm. Hətta öz bağımda hər növ gül yetişdirirəm. Mənim “qadın xoşbəxtliyi” adlanan gülüm də var. Kefim olmayanda həmin güllər solur. Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Özümə qarşı bu qədər sevgi – xalq sevgisi məyər qarşılıqsızdır? Onda mən nankor olaram ki,…”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki