image-n1karobka_ads
image-123
image-img-20251003-wa0174backend

Sım kəndi – dağların qoynunda gizlənmiş turizm incisi

image-ad_qayo_720x110px

Astaranın dağlarına sığınıb, sanki əsrlərin sirrini qoruyan Sım kəndi artıq təkcə yerli sakinlərin deyil, turistlərin də sevimli ünvanına çevrilib. Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur kəndin bu unikal cazibəsini bir daha gündəmə gətirdi.

Bu gün Sıma yol alan hər kəs həm təbiətin, həm də insan əlinin yaratdığı gözəlliyin şahidi olur. Yeni tikilmiş, tam avadanlıqlarla təmin edilmiş kəndin qonaq evləri turistləri qarşılayır. Qiymətlər əlçatan, qonaqpərvərlik isə kəndin ruhuna uyğun səmimidir. Hələ üstəlik, kənddə muzeylərin qurulması istiqamətində işlər gedir. Yəni təkcə qalmaq yox, öyrənmək də mümkün olacaq.
Sımın cazibəsi təkcə qonaq evlərində deyil. Kəndin tarixi özünəməxsus rəvayətlərə bükülüb. Təbiət isə burda əsl möcüzədir, dörd möhtəşəm şəlalə, əlliyə yaxın bulaq və yamyaşıl meşələr. Xüsusilə Sım şəlaləsi – turistlərin “selfi” üçün ən çox seçdiyi məkan – kəndin vizit kartına çevrilib. Şırahıl şəlaləsi isə ecazkar görüntüsü ilə qonaqlarını valeh edir.

Dövlət Turizm Agentliyi kəndin inkişafına xüsusi önəm verir. İnfrastruktur daim yenilənir, yollar bərpa olunur, yeni yollar çəkilir. Gələcəkdə açıq hava muzeyi də qapalı, müasir formada tikilib istifadəyə veriləcək. Qeyd edək ki, kəndin qədim sənətləri, dəmirçilik və toxuculuq unudulmur. Yaxın zamanlarda kənddə ustaların əl işlərinin sərgilənəcəyi və satılacağı köşklər qurulacaq.

Ən maraqlısı isə budur ki, Sıma maraq ildən ilə artır. Statistikaya görə, hər yay bura 2000-dən çox turist gəlir. Yəni kənd artıq cənub bölgəsinin turizm xəritəsində öz yerini möhkəmlədib. Arıçılıq təsərrüfatı, kənd həyatına yaxın olmaq istəyənlər üçün aqroturizm və yerli bələdçilərin iştirakı ilə təşkil edilən marşrutlar Sımı Azərbaycanın ən aktiv turistik kəndlərindən birinə çevirib.

Sım kəndi indi sadəcə bir kənd deyil, həm tarix, həm təbiət, həm də ənənələrin birləşdiyi yaşayan muzeydir.

DOĞRU.AZ

image-img-20251003-wa0182 image-img-20251003-wa0181 image-img-20251006-wa0009 image-img-20251006-wa0008 image-img-20251006-wa0007

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki