image-2000x150px
image-123
image-ads_atlas
image-20160620_gaf_u42_008-pic_32ratio_900x600-900x600-20526backend

Sosial şəbəkə istifadəçiləri Tom Kruzun 18 yaşlı qızının görünüşünə heyran qalıb

image-728x90px

Hollivud aktrisası Keti Holms Tom Kruzdan olan qızı ilə fotosessiyaya çəkilib.

Fotolar Daily Mail saytında dərc olunub.

45 yaşlı Keti Holms və 18 yaşlı Suri aprelin 22-də Nyu Yorkda görüntülənib. Aktrisa və onun varisi şəhərdə gəzərkən paparassilərə tuş gəlib. Məşhurun ​​əynində zolaqlı köynək, boz sviter, mavi cins şalvar, tünd idman ayaqqabısı və dairəvi linzalı qəhvəyi gün eynəyi olub. Tom Kruzun qızı çaplı tünd qırmızı rəngli maxi paltarda, cins pencək və zamşa çəkmələrlə ictimaiyyət qarşısına çıxıb. Qız saçını aşağı salıb və makiyajdan imtina edib. Daily Mail-in oxucuları ulduz varisə heyran olublar.

“Suri gözəl qızdır”, “Belə gözəl və gənc xanımdır, tərbiyəlidir”, “18 yaşlı qızın uyğun geyindiyini görmək xoş oldu”, “Gözəl gözləri var”, “Suri çox şirindir”, “ O, təbiətcə gözəldir” , “Gözəldir” yazıb internet istifadəçiləri.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki