image-n1karobka_ads
image-123
image-1762769674294149813_1200x630backend

Sumqayıt–Paytaxt istiqamətində yeni 500 nömrəli avtobus marşrutu açılır

image-ad_qayo_720x110px

Sumqayıt şəhərindən paytaxta sərnişin axınının artması nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 500 nömrəli müntəzəm avtobus marşrutunu təşkil edib.

Doğru.az xəbər verir ki, noyabrın 12-dən fəaliyyətə başlayacaq marşrut Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) başlayaraq Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.

Marşrut üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilmiş 20 böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək. Avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək, hərəkət intervalı 7-8 dəqiqə olacaq. Gedişhaqqı nağdsız ödəniş sistemi ilə 0,80 AZN təşkil edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki