Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Polşanın Rusiya ilə iqtisadi əlaqələr saxlaması ilə bağlı ittihamlarına cavab verib, Varşavanı ikiüzlülükdə ittiham edib, çünki Polşa da Rusiya neftini alır.
Bu barədə RİA Novosti yazır.
“Reaksiya macar atalar sözünün həqiqətini sübut edir: həqiqət gözünü ağrıdır… Rusiyanın ən böyük neft şirkətlərindən birinin müştərilərinin siyahısına diqqətlə baxsanız, orada mütləq polyakları tapacaqsınız”, – macar nazir qeyd edib.
Eyni zamanda vurğuladı ki, öz ölkəsinin enerji təminatında heç bir qəbahət yoxdur və bu məsələdə ikiüzlü olmaq olmaz.
Bundan əvvəl Vladimir Zelenski Varşavada Macarıstan hökumətinin başçısı Viktor Orbanın Kiyevdə olarkən ona Moskvaya səfər planları barədə xəbərdarlıq etməməsindən şikayətlənib.
DOĞRU.AZ