image-2000x150px
image-123
image-ads_atlas
Tarixi Şuşamıza Leyla Əliyeva baxışı. FOTOLARbackend

Tarixi Şuşamıza Leyla Əliyeva baxışı. FOTOLAR

image-728x90px

Ötən gün Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyevanın mədəniyyətimizin və ədəbiyyatımızın beşiyi olan Şuşa şəhərinə səfəri Azərbaycan xalqını hədsiz dərəcədə qürurlandırdı.

Leyla xanım Əliyevanın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada olması onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi ehtibarlı əllərdədir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətlərimizin büstünün açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımında özünəməxsus şəkildə iştirakı düşmən ölkəyə dağ çəkiləsi bir mesaj oldu.

Şuşa torpağında olan Leyla xanım Əliyeva nadir memarlıq abidəsi olan şəhərin gözəlliyini hikmətli şəkildə dünyaya göstərməyi bacardı.
Azərbaycanın uğurlarını yüksək səviyyədə dəyərləndirərək, inkişaf etmiş və inkişafda olan ölkələrdə keçirilən elmi və rəsmi konfranslarda ali dərəcə də təbliğ etməsi Leyla xanım Əliyevanın böyük uğura doğru addımından xəbər verir.

Otuz il işğalda qalan əzəli torpaqlarımızın Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli ordumuz tərəfindən azad olunması gücümüzü bir daha dünyaya göstərdi.

 

Ata-baba yurdlarına qovuşan xalq inanır ki, dağıntılar məruz qalan tarixi abidələrimiz, müqəddəs məscidlərimiz yenidən əsaslı şəkildə bərpa olunduqdan sonra Leyla xanım Əliyeva kimi sayılıb-seçilən ziyalı gəncimiz tərəfindən dünya arenasında bir daha tanıdılacaq və Azərbaycanın bu günü, sabahı və gələcəyi üçün silinməz cığır açacaq.

Xoşbəxt Azərbaycan xalqının gəncləri hər zaman inamla irəliyə doğru addımlamaqlarının məqsədi onların Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva kimi cəsarətli, xeyriyyəçi, dünya görüşlü, gəncliyi irəli aparan insanın olmasıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki