Tanınmış amerikalı analitik Cim Skyutto CNN-in efirində bildirib ki, Vaşinqton bir tərəfdən sülh danışıqları görüntüsü yaratsa da, pərdəarxasında İranın strateji əhəmiyyətli Xark adasını ələ keçirmək və Hörmüz boğazına tam nəzarət etmək planlarını müzakirə edir.
“Onlar sülh danışıqları aparırmış kimi davranaraq, əslində Xark adasının zəbt edilməsini və Hörmüz boğazına nəzarəti açıq şəkildə müzakirə edirlər. Bu, tamamilə aldatmadır”, – deyə analitik vurğulayıb.
KONKRET.az xəbər verir ki, Skyuttonun sözlərinə görə, bölgədə artıq nəhəng hərbi qüvvələr cəmləşib. Buraya dəniz piyadaları, aviadaşıyıcılar və amfibiya qrupları daxildir ki, onlar istənilən an boğazı güc yolu ilə açmaq üçün əməliyyata başlamağa hazırdırlar.
Xatırladaq ki, Xark adası İranın neft ixracının təxminən 90%-ni həyata keçirdiyi ən mühüm terminal hesab olunur. Adanın ələ keçirilməsi Tehranın iqtisadi “nəfəsliyinin” tamamilə kəsilməsi deməkdir.
DOĞRU.AZ


























