Latviya Silahlı Qüvvələri ölkənin hava məkanının pozulması ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, hərbi pilotsuz uçuş aparatı (PUA) Latviya sərhədlərini keçərək boş ərazilərdən birinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, Latviya Hərbi Hava Qüvvələrinin monitorinq sistemləri həmin aparatın məhz Rusiya ərazisindən daxil olduğunu qeydə alıb. Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alan barədə məlumat verilməsə də, rəsmi Riqa insidentlə bağlı araşdırmalara başlayıb.
Hazırda Latviya müdafiə qurumları müttəfiqləri ilə məsləhətləşmələr aparır və sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır.
DOĞRU.AZ


























