Doğru.az xəbər verir ki, 30 yanvar saat 16:00-da Təhsil naziri Emin Əmrullayev rəsmi “Facebook” səhifəsi üzərindən “Pandemiya dövründə təhsil” mövzusunda vətəndaşları narahat edən sualları cavablandıracaq.
Təhsil sistemi ilə bağlı suallarınızı (şəxsi müraciət tipli suallar istisna olmaqla) 29 yanvar saat 18:00-dək rəy bölməsində qeyd edə bilərsiniz.
