image-2000x150px
image-123
image-ads_atlas
Təhsil naziri ermənilərin dağıtdığı məktəblərdə – FOTOLARbackend

Təhsil naziri ermənilərin dağıtdığı məktəblərdə – FOTOLAR

image-728x90px

Təhsil naziri Emin Əmrullayev Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət edib.

Doğru.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir bildirib ki, xarici tərəfdaşlar dağıldımış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar:

“Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər. Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq. Qalib vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki