image-2000x150px
image-123
image-ads_atlas
image-modern-az-30-03-2021-1617125298backend

Təhsil Nazirliyi tədrisin təşkili ilə bağlı rəy sorğusu keçirir

image-728x90px

Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirir.

“Doğru.az” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

İctimai rəy sorğusunda pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin hansı formada təşkilinin məqsədəuyğun hesab edildiyi ilə bağlı bəndlər yer alıb.

Sorğuda aşağıdakı bəndlər yer alır:

– Fəaliyyət mövcud qaydada davam etdirilsin;

– Bütün siniflər üzrə tədris distant formaya keçirilsin;

– Yalnız V-IX siniflər üzrə tədris distant formaya keçirilsin;

– Yoluxmanın daha çox olduğu bölgələrdə tədris distant, digərlərində isə ənənəvi formada davam etdirilsin;

– Digər.

Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində qeyd edib ki, pandemiyanın hazırkı mərhələsində növbəti addımlarla bağlı ictimaiyyətin fikrini öyrənmək çox önəmlidir: “Bu məqsədlə Təhsil Nazirliyinin keçirdiyi rəy sorğusunda fəal şəkildə iştirakınızı xahiş edirəm. Bundan öncə qeyd etdiyim kimi, bu sualın “səhv” və ya “düz” cavabı yoxdur. Hər birinizin rəyi dəyərlidir”.

Qeyd edək ki, sorğuda https://s.surveyplanet.com/A9QHrPH6l keçidinə keçməklə iştirak etmək olar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki