image-ads_n1karobka_mobile
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdıbackend

Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı

Doğru.az xəbər verir ki, Təhsil Nazirliyi Nazirlər Kabinetinin ölkədə tətbiq etdiyi xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il tarixinədək fəaliyyətini dayandırmağı qərara alıb.

Nazirlik diqqətə çatdırıb ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/,
https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki