image-n1karobka_ads
image-123
“Televiziya rəhbəri mənimlə evlənmək istəyirdi” – Firuzə İbadovabackend

“Televiziya rəhbəri mənimlə evlənmək istəyirdi” – Firuzə İbadova

image-ad_qayo_720x110px

“İllər əvvəl televiziya rəhbərlərindən biri məni sevirdi, evlənmək istədi. Gənc idim, ulduz kimi parıldayan vaxtlarım idi. Tez-tez başqa şəhərlərə qastrol səfərinə gedirdik. Ailəsi də məni sevdiyini bilirdi. Bacısı mənə dedi ki, elçi gələk. Amma sənəti seçdim, imtina etdim. Sənətimin Leylisiyəm, sevgilim səhnədir”.

Doğru.az “Axşam.az”-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova “Onun sirri” proqramında deyib. Müğənni proqram zamanı həyatı ilə bağlı etiraflar edib.
F.İbadova duet ortağı Cavanşir Məmmədovun ondan küsməsindən danışıb:

“Yeni il çəkilişinə gedirdik. Cavanşir müəllim tıxacda qalıb gecikmişdi. Salon bağlanırdı, dedilər sizi çəkək. Oxudum, sonda Cavanşir müəllim gəldi. Məndən incidi, danışdırmadı”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki