Quliyeva Səkinə Yunis Qızı, Tərtər rayonu Hacıqərvənd kəndində 1 yanvar 1910-cu ildə dünyaya göz açmışdır. Ömrü boyu ailəsinə, kəndinə və yaxınlarına dəyər verən Səkinə xanım 9 uşaq böyütmüş, onların tərbiyəsinə və gələcəyinə böyük diqqət göstərmişdir.
Həyatı boyunca 26 nəvə, 45 nəticə və 12 kötücə ilə ünsiyyətdə olan Səkinə xanım, həm ailəsi, həm də kənd camaatı üçün hörmətli və nümunəvi insan olmuşdur.
Doğru.az xəbər verir ki, Səkinə Quliyeva 11 fevral tarixində dünyasını dəyişmişdir. Onun vəfatı həm ailəsini, həm də Hacıqərvənd kəndini dərin kədərə qərq etmişdir.
Səkinə xanımın həyat hekayəsi və ailəsinə olan bağlılığı nəsillərə örnək olaraq qalacaq. Onun xeyirxahlığı, səmimiyyəti və övladlarına verdiyi dəyərlər kənddə hələ uzun illər yad ediləcəkdir.
Ailə üzvləri və yaxınları onun xatirəsini əbədi yaşadacaqlarını bildirir, kənd camaatı isə Səkinə xanımın ruhuna dualar edir.
DOĞRU.AZ



























