Tesla müvəqqəti olaraq Cybertruck pikapları üçün sifariş qəbulunu dayandırıb.
Teslarati xəbər verir ki, şirkətin rəsmi saytındakı model səhifəsində 100 dollar avans ödəməklə elektrik avtomobili sifariş etmək artıq mümkün deyil.
İndi Cybertruck səhifəsində yalnız elektrik yük maşınının istehsal versiyasının premyerasına qədər geri sayım taymeri göstərilir. O, noyabrın 30-da şirkətin Texasdakı zavodunda Moskva vaxtı ilə saat 23:00-da baş tutacaq.
Cybertruck ilk dəfə 2019-cu ildə təqdim edilib. Kütləvi istehsalın 2021-ci ildə başlayacağı, başlanğıc qiymətinin isə təxminən 40 min dollar olacağı planlaşdırılırdı.2022-ci ilin yanvarında Tesla-nın baş direktoru İlon Mask komponentlərin çatışmazlığı səbəbindən Cybertruck istehsalının başlamasının 2023-cü ilə təxirə salındığını elan etdi. Şirkətdən verilən məlumata görə, elektromobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə biləcək.
Mənbə: Autotech