image-n1karobka_ads
image-123
image-676d6543ae5ac925192b25edbackend

Tokayev: Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qeydləri Braziliyaya göndərilib

Aktauda qəzaya uğrayan təyyarənin araşdırılması üzrə hökumət komissiyası uçuş registratorlarını deşifrə üçün gəminin istehsal olunduğu Braziliyaya göndərib, bu barədə Qazaxıstanın “Ana Tili” qəzetinə müsahibəsində ölkə prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, bu, istintaqın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır.

Tokayev əlavə edib ki, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb və 17 beynəlxalq ekspert, o cümlədən ICAO və IAC-dan dəvət edilib.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Ölən 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan üçü Qazaxıstan, daha üçü Rusiya , dördü isə azərbaycanlıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki