image-n1karobka_ads
image-123
image-67594d19ae5ac97d630a360fbackend

Tramp bildirib ki, Ukrayna böhranının həlli onun üçün prioritet olacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna böhranının həllinin onun üçün prioritet olacağını bildirib.

O, bu barədə Paris Match-ə müsahibəsində bildirib.

“Prioritet Ukrayna-Rusiya problemini həll etməkdir”, – Tramp bildirib.

Məlum olduğu kimi, Parisdə keçirilən görüşdə amerikalı siyasətçi Ukraynada dərhal atəşkəs əldə olunmasını istədiyini bildirib.

Tramp həmçinin hazırkı prezident Co Bayden administrasiyasının Kiyevi maliyyələşdirməsini ələ salıb və onu adi vətəndaşların vergilərini mənimsəməkdə ittiham edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki