image-ads_n1karobka_mobile
image-6958e33dae5ac943575189ecbackend

Tramp Maduro və həyat yoldaşının ölkədən çıxarıldığını iddia etdi

image-add-a-heading

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Bolivar Respublikasından “əsir götürülərək çıxarıldığını” iddia edib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social səhifəsində paylaşım edərək ABŞ-ın Venesuelaya və onun liderinə qarşı genişmiqyaslı əməliyyata başladığını və bu prosesin “uğurla həyata keçirildiyini” qeyd edib.

Onun sözlərinə görə, “Maduro həyat yoldaşı ilə birlikdə tutulub və ölkədən çıxarılıb. Əməliyyat ABŞ-ın hüquq-mühafizə orqanları ilə birgə icra olunub”.

Qeyd edək ki, “New York Times” qəzeti daha əvvəl Venesuela liderinin harada olduğunun hələlik dəqiq məlum olmadığını yazmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki