Ankara tezliklə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqların nəticələri barədə BMT-yə məlumat verəcək.
Agentliyin məlumatına görə, söhbət əsasən taxıl sövdələşməsinin müzakirəsinin nəticələrindən gedir. Türkiyə nümayəndələri Qara dəniz təşəbbüsünün uzadılmasına dair birgə təkliflər paketinin yaratdığı reaksiya barədə BMT-ni məlumatlandırmaq niyyətindədirlər.
“Təşəbbüslərin xarakterini və onların [Türkiyə və Rusiya liderləri arasında] müzakirə səviyyəsini nəzərə alsaq, bu, şübhəsiz ki, yüksək səviyyədə təmaslar olacaq”, – mənbə bildirib.
Mənbə onu da əlavə edib ki, Ankara əvvəldən Rusiya-Türkiyə danışıqlarına təmkinli nikbinliklə yanaşıb. Onun sözlərinə görə, Moskva tələbləri yerinə yetirilməyənə qədər müqaviləni yeniləməkdən imtina etməklə düzgün iş görür.
Mənbə: Haber Global