image-ads_n1karobka_mobile
image-675d964202e8bd4f78714882backend

Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Türkiyənin Suriya Dəməşqdəki səfirliyi binanın üzərində Türkiyə bayrağının dalğalanması ilə işini bərpa edib.

Bu barədə “TRT Haber” məlumat yayıb .

 

“2012-ci ildə fəaliyyəti dayandırılan Türkiyənin Dəməşq səfirliyində bu gün Türkiyə bayrağı qaldırılıb. Səfirliyin işi bərpa olunub”, – materialda deyilir.

Diplomatik missiyanın 2012-ci il martın 26-da fəaliyyətini dayandırdığı, səfirliyin əməkdaşları və onların ailə üzvlərinin Türkiyəyə qayıtdığı qeyd edilir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan türk nümayəndə heyətinin səfirlik açmaq üçün Dəməşqə getdiyini bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki