Türkiyə Respublikasının vitse‑prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının vitse‑prezidenti Cevdet Yılmaz dekabrın 22‑də rəsmi səfər məqsədilə Azərbaycan Respublikasına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı fonunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin vitse‑prezidenti Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
DOĞRU.AZ





























