image-n1karobka_ads
image-123
image-675572f4ae5ac9248f7607e4backend

Türkiyənin xarici işlər naziri Əsədin Suriyadan kənarda ola biləcəyini deyib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya prezidenti Bəşər Əsədin ölkə hüdudlarından kənarda ola biləcəyini deyib.

“Mən bu məsələ ilə bağlı heç nə şərh edə bilmərəm, ola bilsin ki, o, Suriyadan kənardadır”,- TRT Haber telekanalı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərindən sitat gətirib.

O, həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son bir neçə ay ərzində Əsədlə əlaqə saxlamağa çalışır.

Daha əvvəl Rusiya Strateji Araşdırmalar İnstitutunun direktorunun müşaviri Vladimir Fitin RT ilə söhbətində Suriya prezidenti Bəşər Əsədin BƏƏ-yə uça biləcəyinə dair ehtimalların olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki