image-n1karobka_ads
image-123
image-1752676991642118830_1200x630backend

Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub – FOTO

image-ad_qayo_720x110px

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva iyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə Heydər Əliyev Mərkəzini ziyarət edib.

Doğru.az xəbər verir ki, qonağa Mərkəzin direktoru Anar Ələkbərov binanın memarlıq xüsusiyyətləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Mərkəz Ümummilli Lider Heydər Əliyevin irsinin araşdırılması və təbliği məqsədi daşıyır.

Oquldjaxan Atabayeva burada Ümummilli Liderin rəsmi istifadə etdiyi avtomobillərə, fəaliyyətini əks etdirən eksponatlara, fotoşəkillərə və multimedia təqdimatlarına baxıb. O, həmçinin “Azərbaycan inciləri”, “Musiqi alətləri: Birlik və müxtəliflik”, “Kukla İncəsənətdə”, “İlmələrin rəqsi”, “Qızılgülün sirri” və “Əbədiyyətin ifadəsi” adlı sərgilərlə tanış olub.

Ziyarətin sonunda Oquldjaxan Atabayeva və Leyla Əliyeva arasında görüş keçirilib, qonağa xatirə hədiyyəsi təqdim olunub. Atabayeva Mərkəzdən xoş təəssüratla ayrılıb.

DOĞRU.AZ

image-17526769911193762991_1200x630 image-17526769913184229747_1200x630 image-175267699141379338_1200x630 image-17526769915746531874_1200x630 image-17526769913470740149_1200x630 image-17526769914960724306_1200x630 image-17526769915796253492_1200x630 image-1752676991501659879_1200x630 image-17526769912385918536_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki