Ukrayna hakimiyyətinin bəzi nümayəndələri hesab edir ki, Donald Trampın seçkilərdə qələbəsi Kiyev üçün faydalı ola bilər.
Bu barədə Washington Post (WP) yazır.
Nəşrin yazdığına görə, Vladimir Zelenskinin komandasında Trampın Ukraynaya qarşı mənfi ritorikasından yalnız seçkilərdə qalib gəlmək üçün istifadə edildiyinə inananlar var. Ukrayna rəhbərliyinin bəziləri hesab edir ki, Tramp Ağ Evə qayıtsa, respublikaçı onun seçki vədlərinə uyğun gəlməyən siyasət yürüdə bilər.
Zelenskinin komandası hesab edir ki, “[Tramp] Ukraynanı dəstəkləmək üçün daha qətiyyətli addımlar ata bilər”.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib ki, Zelenski Ukraynadakı vəziyyəti həll etmək üçün Trampın sülh planını qəbul etməyi planlaşdırmır.
DOĞRU.AZ