Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistan hakimiyyətini Aşqabada işgüzar səfərə gələn Rusiya lideri Vladimir Putini həbs etməyə çağırıb.
Xarici siyasət idarəsinin nümayəndələri öz Telegram kanallarında müvafiq müraciət dərc ediblər.
Nazirlik ümid etdiyini bildirib ki, Türkmənistan Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmətlə yanaşır.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Monqolustan hakimiyyətindən Rusiya prezidenti Vladimir Putini həbs etməyi tələb etmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Rusiya lideri Vladimir Putinin onlarla maraqlanan ölkələrlə əlaqələrini məhdudlaşdırmaq iqtidarında deyil.
Mənbə RİA Novosti