image-2000x150px
image-123
image-ads_atlas
image-pagebackend

 Vəhşi təbiətdən 2022-ci ilin ən gülməli görüntüləri

image-728x90px

Nüfuzlu “Comedy Wildlife Photography Awards-2022” (CWPA) mükafatının əsas qalibi məlum olub. Bu ilin ən gülməli vəhşi təbiət fotosu üç aylıq aslan balasını əks etdirən “O qədər də pişiyə aid olmayan refleks” (“Not so cat-like reflexe”) adlı görüntü olub.

Bildirilir ki, Cennifer Hedli imzalı foto Tanzaniyadakı Serengeti Milli Parkında çəkib.

“Heç kim belə bir şey gözləmirdi və təbii ki, biz onun təhlükəsizliyi üçün narahat idik. Xoşbəxtlikdən, pişiklərdə olduğu kimi, o, dörd ayağı üstə yerə endi və bacıları ilə birlikdə qaçdı”, – deyə fotoqraf bildirib.

Hedli Keniyadakı “Masai Mara” qoruğuna bir həftəlik safari və əl işi olan unikal kubok qazanıb.

Qeyd edək ki, ümumilikdə bu il müsabiqənin münsiflər heyəti 85 ölkədən təqdim olunmuş 5 000-ə yaxın müraciətə baxıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki