image-n1karobka_ads
image-123
image-17637993201416320217_1200x630backend

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulunu keçirib

image-ad_qayo_720x110px

Noyabrın 21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu təşkil olunub.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Kollegiyanın inzibati binasında keçirilən qəbulda Bakıdan və ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib. Hər bir şikayət və təklif ayrıca qeydə alınıb və qaldırılan məsələlər diqqətlə araşdırılıb.

Görüş zamanı vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli yolları ətraflı müzakirə edilib, onlara izahlar, praktiki tövsiyələr və hüquqi məsləhətlər verilib. Eyni zamanda, operativ həll tələb edən bəzi məsələlərlə bağlı dərhal tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti qurumlara yönləndirilib.

Qeyd olunub ki, Vəkillər Kollegiyasında vətəndaş məmnunluğunun artırılması, hüquqların müdafiəsi və keyfiyyətli hüquqi yardımın əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Sədr Anar Bağırovun mütəmadi vətəndaş qəbulları bu istiqamətdə şəffaflıq və operativliyin təmin edilməsinə xidmət edir.

Sədrin qəbulunda iştirak etmək istəyən vətəndaşlar Vəkillər Kollegiyasının Aparatına müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki