image-n1karobka_ads
image-123
image-68df01ea02e8bd41b97cad09backend

Vladivostokda kollec binası uçub

image-ad_qayo_720x110px

Vladivostokda Energetika və Rabitə Sənaye Kollecinə məxsus binada uçqun baş verib.

Doğru.az xəbər verir ki, regional prokurorluğun məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

İlkin məlumatlara əsasən, tavanın dəmir-beton plitələri çöküb, binanın fasadının bir hissəsi də zədələnib. Hadisə nəticəsində xəsarət alanlar və ölənlər barədə hələlik məlumat verilməyib.

Kollecin ərazisinə giriş məhdudlaşdırılıb, prokurorluq faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, sentyabrın 21-də oxşar hadisə Novosibirsk vilayətinin Tatarsk şəhərində orta məktəb binasında baş vermişdi. O zaman binanın içində heç kim olmadığından xəsarət qeydə alınmamışdı və cinayət işi açılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki