image-2000x150px
image-123
image-ads_atlas
Tanınmış videoblogger Ata Abdullayev kimdir-DOSYEbackend

Tanınmış videoblogger Ata Abdullayev kimdir-DOSYE

image-728x90px

Ata Abdullayev 26 noyabr 1982-ci ildə Baki şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Idman oyunları” fakültəsinində bakalavr təhsil alıb.

2001-2004-cü illərdə “Qarabağ” peşəkar futbol klubunda, 2004-2005-cı ildə isə Qusarın “Şahdağ” futbol klubunda sağ yarımmüdafiəçi kimi çıxış edib.
Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevlə görüşmək şərəfinə 2001-ci ildə nail olub.

Videoblogger-jurnalist Ata Abdullayev müzəffər ordunun müzəffər ali baş kamandanı kimi adını tarixə yazdıran, Azərbaycan Respublikasının prezidenti, Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevlə Avstryanın Vyana şəhərində 2019-cu ilin 29 mart tarixində görüşüb.
2006-cı ildən peşakar futbol kariyerasına zədə ucbatından son verən Ata Abdullayev 2011-ci ildən videoblogger kimi fəaliyyət göstərməyə başlayıb.

Ata Abdullayev peşakar videoblogger-jurnalist kimi fəaliyyətə başladığı gündən ictimai-siyasi aktivlik göstərmiş, əhalinin sosial problemlərini işıqlandırıb.

Analoq.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki