image-2000x150px
image-123
image-ads_atlas
Xalqı sevən və sevilən insan Leyla Əliyeva – FOTOLARbackend

Xalqı sevən və sevilən insan Leyla Əliyeva – FOTOLAR

image-728x90px

Humanizmliyi, xeyirxahlığı və nəcib əməlləri ilə şərəfli missiyasını hər zaman yüksək səviyyədə həyata keçirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bənzərsizliyini qeyd etsək yanılmarıq.

Müalicəyə ehtiyacı olan uşaqların, böyüklərin müalicə xərclərini hər an öz üzərinə götürməsi, əlillərə xüsusi diqqət yetirməsi ilə ümidsizlərin gözlərində ümid işığının parlamasını görmək olar. Üzlərinə qəm çökən xəstələrlə, əlillərlə görüşlərdə şəkil çəkdirməsi, üzlərinə gülüş bəxş etməsi ilə Leyla xanım Əliyeva insanda yaşamaq inamını artırır.

Xəstəliyin əlində əsir olan köməksizlərin əlindən tutub, uğurlu yollarda addımlamalarında onlara dayaq olması Leyla xanım Əliyevanın aliliyindən xəbər verir. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Leyla xanımın xeyriyyəçiliyi yalnız xəstələrin şəfa tapmasına etdiyi köməkliklə bitmir. Həmçinin evsizləri mənzillə təmin etməsi, işsizlərin iş problemlərini nəzarətə götürməsi Leyla xanımın uca mərhəmətliyinin yüksək ehtiramından xəbər verir.

Azərbaycanın mədəni irsini səlis, məntiqli çıxışları ilə dünya arenasında tanıtması Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin uğurlarını diqqətə çatdırmağa əsas verir. Hər gün gərgin iş şəraitində olmasına baxmayaraq, xalqın həssas qrupundan olan insanları diqqətdən kənar qoymaması öz dəsti xətti ilə seçilməsini göstərir. Ölkəmizin rifahı üçün, özünün rəhbərliyi ilə təşkil olunmuş genişyönümlü proqramlar və tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünyada yüksək hörmət sahibi olmasının əyani ifadəsidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki