image-n1karobka_ads
image-123
image-6673dd1d4dd6b6673dd1d4dd6c17188692776673dd1d4dd686673dd1d4dd6abackend

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. 

Agentlikdən Doğru.aza verilən məlumata görə, bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.

Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında  qazma işləri davam etdirilir.

Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

DOĞRU.AZ

image-6673dd1d69d3f6673dd1d69d4017188692776673dd1d69d3c6673dd1d69d3e image-6673dd1d21e586673dd1d21e5917188692776673dd1d21e566673dd1d21e57 image-6673dd1d30bc46673dd1d30bc517188692776673dd1d30bc16673dd1d30bc3 image-6673dd1d3f0286673dd1d3f02917188692776673dd1d3f0246673dd1d3f026 image-6673dd1d5b9546673dd1d5b95517188692776673dd1d5b9506673dd1d5b952 image-6673dd1d872c06673dd1d872c117188692776673dd1d872bc6673dd1d872be image-6673dd1d95e476673dd1d95e4817188692776673dd1d95e436673dd1d95e46 image-6673dd1da47926673dd1da479317188692776673dd1da478f6673dd1da4791 image-6673dd1db33ff6673dd1db340017188692776673dd1db33fb6673dd1db33fd image-6673dd1dc1c0c6673dd1dc1c0d17188692776673dd1dc1c096673dd1dc1c0b image-6673dd1dd04d76673dd1dd04d817188692776673dd1dd04d46673dd1dd04d6 image-6673dd1e13a6a6673dd1e13a6b17188692776673dd1e13a666673dd1e13a68 image-6673dd1dde5a96673dd1dde5aa17188692776673dd1dde5a66673dd1dde5a8 image-6673dd1e217406673dd1e2174117188692776673dd1e2173c6673dd1e2173f image-6673dd1e0633f6673dd1e0634017188692776673dd1e0633b6673dd1e0633d

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki