image-2000x150px
image-123
image-ads_atlas
image-71b0cdcb00322ba895d9ace7b4929a0ebackend

“Xarıbülbül” festivalının açılış konserti –  VİDEO/FOTO

image-728x90px

Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib. Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.

Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.

Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

DOĞRU.AZ

image-71b0cdcb00322ba895d9ace7b4929a0e image-645a697a6ecee645a697a6ecef1683646842645a697a6ecec645a697a6eced image-645a697a7bd94645a697a7bd951683646842645a697a7bd92645a697a7bd93 image-645a697a41b61645a697a41b621683646842645a697a41b5f645a697a41b60 image-645a697a91a31645a697a91a321683646842645a697a91a2f645a697a91a30 image-645a697ab5025645a697ab50261683646842645a697ab5022645a697ab5024 image-645a697ac4040645a697ac40411683646842645a697ac403d645a697ac403f image-645a697ad1a78645a697ad1a791683646842645a697ad1a75645a697ad1a77 image-645a697adc88e645a697adc88f1683646842645a697adc88c645a697adc88d image-645a697aeb3fe645a697aeb3ff1683646842645a697aeb3fb645a697aeb3fc image-645a697b1c8e8645a697b1c8e91683646842645a697b1c8e6645a697b1c8e7

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki