image-2000x150px
image-123
image-ads_atlas
image-8c485f9731ae2005e2f293fb8b25748fbackend

Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım – FOTO

image-728x90px

Müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

Bir  müddət əvvəl xərçəngdən əməliyyat olunan sənətçi hazırda səhhətinin yaxşı olduğunu deyib. Zeynəb instaqram hesabında yeni fotolarını paylaşaraq onunla maraqlanan hər kəsə təşəkür edib:

“Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır, çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır”.

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Bu haqda ifaçı özü məlumat verib.

Məlumat üçün bildirək ki, müğənninin anası Əminə xanım xərçəngdən vəfat edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki