image-2000x150px
image-123
image-ads_atlas
image-17182028866111429303_1200x630backend

Xidmət səviyyəsinin ölçülməsi məqsədilə internet istifadəçiləri arasında sorğu keçirilməsinə başlanılıb

image-728x90px

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərindən istifadə edən istehlakçılar arasında “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Doğru.az-a bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd adıçəkilən sektorda xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin ölçülməsi, şəffaflığın təmin edilməsidir. Bu səbəbdən agentlik vətəndaşları bu prosesdə fəal olmağa, qarşılaşdıqları çətinlikləri, irad və təkliflərini qeyd etməyə çağırır.

Qeyd edək ki, İKTA 2023-cü ilin əvvəlindən başlayaraq internet provayder və operatorların uçotunun aparılmasını həyata keçirir. Agentliyin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət nəticəsində 158 internet provayder və operatorun uçotu tamamlanıb. Proses tamamilə rəqəmsal şəkildə “Elektron hökumət” portalında bu link vasitəsilə həyata keçirilir. Qarşıdakı günlərdə oxşar sorğunun poçt (karqo) xidmətlərindən istifadə edən istehlakçılar arasında da keçirilməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki