Sabah, 8 dekabr 2025-ci il tarixində paytaxtın Yasamal rayonu ərazisində qaz təminatı müvəqqəti dayandırılacaq.
Doğru.az xəbər verir ki, “Azəriqaz” İB bunu aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə izah edib.
Qaz kəsiləcəyi küçələr bunlardır:
A.M. Şərifzadə
A. Abbasov
X. Mustafayev
H. Zərdabi
X. Dadaşov
V. Əliyev
Z. Kərimov
N. Hikmət
7, 8 və 9-cu Sallaqxana küçələri
Təchizat saat 10:00-dan etibarən dayandırılacaq.
DOĞRU.AZ




























