image-n1karobka_ads
image-123
image-1aa25414-8633-443e-8021-d88233315fb1backend

“YAŞAT” Fondu yaralı hərbçilərimizi ziyarət edib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralalılarımızın müraciətləri dinlənilib.

Diqqətə çatdırılıb ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.

Dövlət Agentliyinin kollektivi olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyirik.

image-2ebc2412-1452-4735-b66b-e0ae4ea5a2c2 image-907fd5b7-1bd3-4b2c-a5db-184b8c191dfd image-1226fd9c-bfe2-41de-9141-3c127ad6e926 image-41504547-4b51-4d3a-9d97-916466e7dfc2 image-de9e196d-75ea-403b-913f-2336244b817f

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki