image-n1karobka_ads
image-123
image-6719d94cae5ac90b344e5109-1backend

Yeddi ölkə Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdı

NATO üzvü olan bir sıra ölkələr Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxır.

“Politico”nun mənbələrə istinadən yazdığı kimi , xüsusən də ABŞ Ukraynanı NATO-ya dəvət etməyə tələsmir. Almaniya da Kiyevin hərbi alyansa dəvət olunmasına şübhə ilə yanaşır.

Ukraynanın NATO-ya daxil olmasının əleyhinə olanlar arasında Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya da var.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Ukrayna üzrə Təhlükəsizlik Şurasının iclasında Ukraynanın NATO-ya üzvlüyünü istənilən ərazi formasında qəbuledilməz adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki