Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında Avropa liderlərinə ölkəsinə maliyyə dəstəyi göstərdikləri üçün təşəkkürünü bildirib.
Doğru.az xəbər verir ki, Zelenski qeyd edib: “Rusiya aktivlərinin hərəkətsiz qalması və Ukraynanın qarşıdakı illər üçün maliyyə təhlükəsizliyi zəmanəti alması vacibdir. Nəticələr və birlik üçün təşəkkür edirəm”.
Qeyd olunur ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl Ukrayna üçün 90 milyard avro məbləğində yeni Aİ kreditinin hərbi əməliyyatların davam etdirilməsi məqsədilə nəzərdə tutulduğunu təsdiqləmişdi.
Eyni zamanda, “The Wall Street Journal” qəzeti Aİ-nin Rusiya aktivləri ilə bağlı razılığa gələ bilməməsinin fikir ayrılıqlarını ortaya qoyduğunu, “Politico” jurnalı isə bu planın uğursuz olduğunu yazıb.
DOĞRU.AZ




























