Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, hazırda Ukraynadakı silahlı münaqişənin həlli ilə bağlı hər hansı razılaşma mövcud deyil.
Doğru.az xəbər verir ki, Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə mətbuat konfransında çıxış edən Zelenski hazırda belə bir razılaşmanın olmadığını qeyd edib. Ukrayna Prezident Ofisi tərəfindən yayımlanan videoda o bildirib: “O, mövcud olmaya bilər”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının tükənməsinin Ukraynanı sülhə məcbur edəcəyini açıqlamışdı.
DOĞRU.AZ




























