image-2000x150px
image-123
image-ads_atlas
image-0269f4f2-bef3-3c17-99ba-f0ac45116282_850backend

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

image-728x90px

Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

Rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürü1şü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan “Khankendi” təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.

Bakıdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki