image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_ad5f7bd9df0492f1d6c9ba183a83da97_jl2g8eqf7ovicmyza6u9backend

“Zona” filminin xüsusi nümayişi keçirilib

image-728x90px
Nizami Kino Mərkəzində “Cinemazadeh” studiyasının çəkdiyi “Zona” filminin xüsusi nümayişi keçirilib.
Tədbirdə filmin yaradıcı heyəti, aktyorlar, jurnalistlər və digər qonaqlar iştirak edib.
Komediya janrında olan “Zona” filmində cərəyan edən hadisələr uydurmadır.
Filmin baş prodüseri və ideya müəllifi Cəfər Axundzadə, prodüseri Nərgiz Hüseynova, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadə, Post-prodakşn və montaj rejissoru Vüqar İslamzadə, musiqi redaktoru Aytən Axundzadə, icraçı prodüserləri İsmayıl Bağırov və Emin Davudzadədir.
Filmin aktyor heyətində Məcid Hüseynov, Tural Əsədov, Aqil M.Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvaladqızı, Xalq Artist Əbdül Mahmudov və digər məşhur simalar yer alıb.
Filmin süjetinə gəlincə, baş qəhrəman öz sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir.
Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır. Bütün dəlillər ona qarşı olduğundan, o, həbs olunur.
 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki